AZ

Anonim donor ABŞ ordusuna dəstək məqsədilə ianə edib

BAKI, 25 oktyabr. TELEQRAF

Pentaqon ABŞ-də federal hökumətin qismən fəaliyyətinin dayandırıldığı dövrdə hərbçilərin maaş və güzəştlərini ödəmək üçün 130 milyon dollar məbləğində anonim ianə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.

Qeyd olunur ki, vəsait 23 oktyabr 2025-ci il tarixində daxil olub. Donor anonim qalmağı seçib, lakin pulun yalnız hərbçilərin ödənişlərinə yönəldilməsini şərt qoyub.

Agentliyin hesablamalarına görə, ianə Pentaqonun xərclərinin yalnız kiçik bir hissəsini əhatə edə bilər. Bu daəxminən 1,3 milyon aktiv hərbçinin aylıq maaş fondunun cəmi 1%-i qədərdir. Sentyabr ayında bu məqsədlər üçün təxminən 9,8 milyard dollar xərclənib.

Seçilən
135
teleqraf.com

1Mənbələr