AZ

Kir Starmer: Britaniya Ukrayna üçün 5 min HHM raketinin istehsalını sürətləndirir

Böyük Britaniyanın Baş naziri Kir Starmer bəyan edib ki, ölkəsi Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 5 mindən çox raketin istehsalını sürətləndirəcək.

APA xəbər verir ki, bu barədə o, Londonda “İstəklilər koalisiyası”nın iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

“Biz Ukraynanın hava hücumundan müdafiə sistemlərini möhkəmləndiririk ki, mülki əhalini və enerji infrastrukturunu qorumaq mümkün olsun. Bu gün elan edirəm ki, Ukraynaya 5 mindən çox "Lightweight Multirole Missile" tipli raketin çatdırılması üçün proqramımızı sürətləndiririk”, – Starmer vurğulayıb.

Seçilən
143
1
apa.az

2Mənbələr