AZ

Rusiya səfiri: ABŞ Kuba blokadası üzrə BMT səsverməsi ərəfəsində ölkələrə təzyiq göstərir

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ hökuməti Kuba ilə bağlı ticarət, iqtisadi və maliyyə blokadasının ləğv edilməsinə dair BMT qətnaməsi üzrə səsvermə ərəfəsində, xüsusilə Qlobal Cənub ölkələrinə misilsiz təzyiq göstərir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın Kubadakı səfiri Viktor Koronelli TASS-a açıqlamasında deyib.

“Bu il Vaşinqton BMT Baş Assambleyasının 29 oktyabrda keçiriləcək növbəti anti-blokada qətnaməsi səsverməsi öncəsi, xüsusən Qlobal Cənub ölkələrinə qarşı misilsiz təzyiq kampaniyası aparır”, - diplomat bildirib.

Koronelli qeyd edib ki, bu qətnamə uzun illərdir ardıcıl şəkildə əksəriyyətin dəstəyi ilə qəbul olunur.

“Hər il yalnız iki ölkə - ABŞ və İsrail qətnamənin əleyhinə səs verir”, - o deyib.

Rusiya səfiri həmçinin Ukraynanın BMT-də blokadanın ləğvinə dair səsvermədə bitərəf qalmasını “ayıb” adlandıraraq, kubalı həkimlərin Kiyevə göstərdiyi yardımı xatırladıb.

Seçilən
117
teleqraf.com

1Mənbələr