BAKI, 25 oktyabr. TELEQRAF
Yaponiya Rusiya əleyhinə destruktiv siyasətindən imtina edəcəyi halda Moskva Tokio ilə dialoqa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbər müavini Andrey Rudenko bəyan edib.
“Yaponiyalı həmkarlarımız real niyyət və qonşuluq münasibətlərinin bərpasına maraq göstərən kimi, həmçinin Tokio hazırkı destruktiv kursundan uzaqlaşmaq əlamətləri nümayiş etdirdiyi anda, biz Yaponiya ilə əvvəlki gündəlikdə olan bütün məsələləri müzakirə etməyə hazırıq”, – Rudenko vurğulayıb.