Bakı. Trend:
Vesteros şəhərində keçirilən “Mötədillər” Partiyasınınqurultayında İsveçin maliyyə naziri Elizabet Svantesson ölkədə əməkvergilərinin səviyyəsini yüksək qiymətləndirərək, onlarınazaldılmasının vacibliyini bildirib.
Trend xəbər verirki, nazir çıxışı zamanı hökumətin gəlir vergisi sisteminisadələşdirməyi, eləcə də əmək, təhsil və sahibkarlığı dahacəlbedici etməyi planlaşdırdığını qeyd edib.
Təqdim olunan yeni iqtisadi proqram əmək vergilərininhesablanması üçün yeni prinsiplərin tətbiqini, mövcud sistemindəyişdirilməsini və dövlət gəlir vergisi ödəyən vətəndaşlarınsayının azaldılmasını nəzərdə tutur.
Maliyyə bazarları naziri Niklas Vikman bu təşəbbüsü 1990-cıillərdən bəri ən böyük vergi islahatı adlandıraraq, onun sistemindaha sadə və ədalətli olmasına xidmət edəcəyini vurğulayıb.
Hökumət artıq on milyardlarla kron həcmində vergi endirimihəyata keçirib. Lakin E. Svantessonun sözlərinə görə, bu hələkifayət deyil:
“Yuxarı vergi dərəcələri hələ də 50 faizi keçir və buədalətsizdir,” – deyə o bildirib.
Nazir əlavə edib ki, dövlət ehtiyacdan artıq vergitoplamamalıdır və İsveç iqtisadiyyatının rəqabət qabiliyyətiniartırmaq məqsədilə korporativ vergilərin də əlavə endirilməsinəçalışır.