AZ

Zəfər xronikası. 25 oktyabr 2020-ci il: Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 25-də Azərbaycan RespublikasınınPrezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləMüdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində MüdafiəNazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlikkomandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib.

Trend xəbərverir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, SilahlıQüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmizdöyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşıxəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrindəaparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdənmüvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlifbölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həmMüdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hərgün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarətaltındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddətərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi- şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmişşəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Buşəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinətəqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər vəkəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb,bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər,tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğaledilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlışahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyətdaşıyır və cavab verəcəkdir.

Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdətəftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlartərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçotaalınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görəcavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansıvəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüşmeydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşmənitorpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk,hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüşmeydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hərzaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi,mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəşnəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülkişəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidovqəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Apreldöyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona MilliQəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsənona təqdim etmişdim.

Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizinxatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin.Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfadiləyirəm.

Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan butorpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki,Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq,danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrindəidi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətəlazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etməkistəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsikağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə günbundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasınıniclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildəqəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkməkmənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildəetiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikilistandartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmişqətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqebildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki,erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal vəqeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bumüddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbətitəxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadamki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etirazetmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindəntəzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırdasədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycanaonlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksəkqiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatıçərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasiaddım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəmki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüşmeydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbəqazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşməninhavadarlarının təxribat xarakterli addımlarına da lazımi cavabveririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazibütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsindəfəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddətərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbimövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncəşəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbəvurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlakolublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə vəkəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalqbirlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar.Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır.Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdançıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaqonlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir vətəzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edəbilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq,bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə,həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizəgedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızıncanı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eynizamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlikgöstəririk, öz mövqeyimizi müdafiə edirik.

İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi iləatəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub.Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkincidəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olanhalda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib vəverəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sonaqədər qovacaq.

Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyiniçəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizimtorpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistanaşərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiqgöstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki,Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatıbiz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışırvə faktiki olaraq danışıqlar prosesini məhv edibdir.

Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizimbaşımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətlərigələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycanxalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupuyaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizəsöz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistanatəzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hərkəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nəvar onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki,bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasirsilahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərinbütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçubvə Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimətkimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb birölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 havahücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onlarınqiyməti bəllidir. Haradandır bu? "Tor", "OSA" zenit-raketkompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki,artıq Azərbaycan tərəfindən məhv edilib. "Toçka-U", "SCUD",haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qalabilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq,təkbaşına!

Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı realvəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasınaişğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 ilərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdantorpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə.İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bugörüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq,mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır.Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistanbizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki,yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanınqarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızdavuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistanərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydıçoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək dəlazım deyil.

Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, budöyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar davar və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda,bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonradöyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar cidditəhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünyamiqyasında güclü ordular sırasındadır, biz bundan sonra orduquruculuğu işində daha müasir metodlardan istifadə etməliyik.

Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbiarsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə oqədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyəqədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyükdərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəmvə bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edənəsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı daonlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bugün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız eləaparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxtitirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalaraheç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik,təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadətgöstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində birneçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir aykeçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər,Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə dədeyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəziistiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdəqarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüştapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və deməkolar ki, bu tapşırığın böyük hissəsi icra edilir.

Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bizöz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir,beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizimtərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik,işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyinitəmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nailolmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyəttələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələbolunur.

Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqınamüraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqındaməlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəmki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvəbizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq,ərazi bütövlüyümüzü bərpa edəcəyik!

Məqalədə:
Seçilən
156
1
az.trend.az

2Mənbələr