AZ

Etirazçılar Rumıniya prezidentini etirazlarla qarşılayıblar: "Ən zəif prezidentsiz"

BAKI, 25 oktyabr. TELEQRAF

Rumıniyanın Yassi şəhərində etirazçılar prezident Nikuşor Danı fit çalaraq etiraz səsləri ilə qarşılayıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Agora Press" jurnalı məlumat yayıb.

Hadisə prezidentin Yassidəki Milli Teatra səfəri zamanı baş verib. Nəşrin məlumatına görə, dövlət başçısı binaya daxil olarkən onu onlarla etirazçı qarşılayıb. Onlar “Siz Rumıniyanın ən zəif prezidentisiniz”, “rüsvay”, “xain” və “Ukraynaya get!” kimi şüarlar səsləndiriblər.

Məlumata əsasən, Nikuşor Dan etirazçılara cavab verməyib, yalnız əl yelləyərək salamlayıb və Milli Teatr binasına daxil olub.

Seçilən
127
teleqraf.com

1Mənbələr