AZ

ABŞ Venesuela sahillərinə ən iri aviadaşıyıcısını göndərib

BAKI, 25 oktyabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi “Cerrald R. Ford” adlı ən iri aviadaşıyıcının Karib dənizinə göndərildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, onun ordusu Venesueladan ABŞ-yə narkotik gətirən kartellərlə mübarizə aparır. Lakin Venesuela prezidenti Nikolas Maduro Trampı “uydurulmuş bəhanə ilə müharibə başlatmaqda” ittiham edib.

Pentaqonun məlumatına görə, “Cerrald R. Ford” ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının ixtiyarına verilib. Bu komandanlıq Karib hövzəsi, eləcə də Cənubi və Mərkəzi Amerika regionlarına cavabdehdir.

ABŞ Müdafiə Nazirliyinin bəyanatında bildirilir ki, aviadaşıyıcı “prezidentin transmilli cinayətkar təşkilatların dağıdılması və narkoterrorizmə qarşı mübarizə təşəbbüsünə dəstək məqsədilə” bölgəyə göndərilir.

Donald Tramp Venesuela hakimiyyətini ABŞ-yə qanunsuz narkotik daşınmasına yardım göstərməkdə ittiham edib.

Seçilən
175
50
teleqraf.com

10Mənbələr