AZ

Heyvan bazarları mərhələli şəkildə müvəqqəti bağlanır: PROSES BAŞLADI

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gündən etibarən heyvan satışı bazarlarının fəaliyyətinə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.

Oxu.Az xəbər verir ki, buna səbəb heyvanlar arasında virus və infeksion xəstəliklərin yayılmasıdır.

Qeyd edək ki, əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir.

Bu məqsədlə heyvan bazarlarında sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi məqsədilə mərhələli şəkildə məhdudiyyət tətbiq ediləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib ki, qərar ət kəsimi və satışına heç bir maneə yaratmayacaq.

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
10
oxu.az

10Mənbələr