AZ

Alimlər ölümcül viruslara qarşı davamlı donuzları yetişdirdilər

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Edinburq Roslin İnstitutundan olan alimlər, klassik donuz vərəmi ilə mübarizədə mühüm bir irəliləyiş əldə etdiklərini açıqladılar. Klassik donuz vərəmi, dünya miqyasında donuzçuluğa böyük ziyan vuran ölümcül bir virus xəstəliyidir.

Bizimyol.info xəbər verir ki, təcrübə zamanı, tədqiqatçılar genomu redaktə edilmiş donuzlar yaradaraq, onları virusla yoluxdursalar da, tamamilə sağlam qalmaqlarını təmin ediblər.

Heyvanlar və bitkilərin sağlamlığını qorumaq agentliyinin məməlilər üzrə virusologiya şöbəsinin rəhbərinin müavini Helen Kruk: "Klassik donuz vərəmi, heyvandarlıq və fermerlər üçün dağıdıcı bir xəstəlikdir, bunu 25 il əvvəl Böyük Britaniyada baş vermiş epidemiyanın nümunəsində görmüşük", - deyə bildirib. Onun sözlərinə görə, bu kəşf heyvandarlıq sektorunun bu xəstəliyə qarşı davamlılığını artırmağa kömək edə bilər.

Redaktə edilən gen, virusun hüceyrələrdə çoxalması üçün lazım olan "DNAJC14" adlı zülalı kodlayan gendir. Dəyişikliklər edildikdən sonra, virusun çoxalması mümkün olmamış və genomu dəyişdirilmiş donuzlar xəstəlik əlamətləri göstərməmişdir. Eyni zamanda, bu heyvanlarda sağlamlıq və ya doğurganlıqla bağlı heç bir mənfi nəticə qeydə alınmamış, hətta sonrakı nəsillərdə də heç bir problem yaranmamışdır.

Alimlər artıq oxşar genetik modifikasiyanın mal-qaranı və qoyunları oxşar pestiviruslardan qoruya biləcəyini sınaqdan keçirirlər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
86
icma.az

1Mənbələr