AZ

Avropa İttifaqı üzv ölkələrdə sosial şəbəkələr üçün yaş məhdudiyyətini müzakirə edir

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) üzv ölkələr sosial şəbəkələrə giriş üçünyaş məhdudiyyətinin tətbiqini müzakirə edirlər.

Trend xəbər verirki, bu barədə Brüsseldə keçirilən sammitdə qəbul edilmiş bəyanatdaməlumat verilib.

Bəyanatda qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarınrəqəmsal mühitdə qorunması məqsədilə yaş məhdudiyyətinin tətbiqihər bir üzv dövlətin milli səlahiyyətlərinə hörmət əsasında həyatakeçirilməlidir. Buna görə də məsələ müəyyən qədər vaxtaparacaq.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildiribki, xüsusi ekspert qrupu ilin sonuna qədər bu məsələnin ən uyğuntənzimləmə forması barədə tövsiyələr hazırlayacaq. O, dünyada busahədə ilk nümunə kimi ötən ilin noyabrında Avstraliyada 16 yaşdanaşağı yeniyetmələr üçün sosial şəbəkələrdən istifadəyə qadağaqoyulmasını göstərib.

Seçilən
60
az.trend.az

1Mənbələr