AZ

Rusiyada polis 125 kiloqram marixuana müsadirə edib

Bakı. Trend:

Amur bölgəsində hüquq-mühafizə orqanları yerli sakindən 125kiloqram marixuana müsadirə edib.

Trend-inməlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuatxidməti məlumat yayıb.

Bildirilib ki, 1983-cü il təvəllüdlü vətəndaşın mülkündəaparılan axtarış zamanı qurudulmuş bitki mənşəli maddə aşkarlanaraqgötürülüb. Ekspertiza nəticəsində həmin maddənin marixuana olduğumüəyyən edilib.

Açıqlamada qeyd olunur:

“Hüquq-mühafizə orqanlarının əməkdaşları ümumilikdə təxminən 125kq çəkidə marixuana, həmçinin kafel, bidon və prekursorlar müsadirəediblər.”

Narkotik vasitələr Nijnyaya Poltavka kəndində aşkar olunub.Polisə əvvəllər məhkum olunmuş kənd sakininin qanunsuz maddələrsaxlaması barədə məlumat daxil olub və bu məlumat araşdırma zamanıtəsdiqlənib.

Faktla bağlı cinayət işi açılıb, şübhəlinin barəsindəməhkəməyəqədər həbs qətimkan tədbiri seçilməsi məsələsinəbaxılır.

Seçilən
93
1
az.trend.az

2Mənbələr