"Real Madrid" klubunun baş direktoru Xose Anxel Sançes futbolçu Endrikin icarəyə verilməsi üçün onun agentləri ilə görüşüb.Metbuat.az xəbər verir ki, tərəflər futbolçunun gələcək karyerasını müzakirə ediblər. Madrid təmsilçisinin rəsmisi növbəti transfer pəncərəsində braziliyalı oyunçunu icarəyə vermək istədiklərini söyləyib.
Qeyd edək ki, Endrik cari mövsüm "Real"da heyətə düşməkdə çətinlik çəkir.