Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.
Yaponiyanın avtomobil istehsalçısı “Toyota Motor” ABŞ-da yığılmış avtomobillərini idxal etmək imkanlarını araşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu planlar ABŞ Prezidenti Donald Trampın Yaponiyaya oktyabrın 27-29-da baş tutacaq səfəri zamanı Amerika tərəfinə çatdırıla bilər.
Agentlik bildirib ki, məqsəd Trampın dəfələrlə narazılığını ifadə etdiyi iki ölkə arasında ticarətdə balanssızlığı aradan qaldırmaq cəhdidir. Yaponiya hər il Amerika bazarına təxminən 500 000 avtomobil ixrac edir. Lakin ABŞ-də istehsal olunan “Toyota” modelləri ölkəyə tədarük edilmir.
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.