BAKI, 25 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında IX turun növbəti oyunları keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk matçı “Araz-Naxçıvan” və “Sabah” komandaları arasında keçiriləcək.
Baş hakim Rəşad Əhmədovun idarə edəcəyi görüş saat 16:00-da start götürəcək.
Digər oyunda isə “Zirə” və “Sumqayıt” üz-üzə gələcək.
Saat 18:30-da başlanacaq görüş Rauf Cabarova həvalə olunub.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq.
 
                        