AZ

İker Kasilyasın bahalı saatlar kolleksiyası oğurlanıb

sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Real"ın və İspaniya millisinin keçmiş qapıçısı İker Kasilyas qarət olunub. Sport24.az "Fuentes Informadas"e istinadən xəbər verir ki, veteran futbolçunun Madriddəki evindən bahalı saatlar kolleksiyası oğurlanıb.

İspaniya polisi beş lüks saat oğurlamaqda şübhəli bilinən evli cütlüyü həbs edib. Qadın uzun illər Kasliyasın evində xadimə işləyib, əri isə mühafizəçi olub. Saxlanılanlar məhkəmə qarşısına çıxıblar.

Qeyd olunub ki, cütlüyün orijinal saatları saxtası ilə əvəz etdiyindən oğurluq hadisəsi dərhal aşkarlanmayıb. Onlar oğurlanmış saatları söküb hissələri ayrıca satıblar ki, bu da onları tapmağı çətinləşdirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
sport24.az

1Mənbələr