Rusiya Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Bildirilir ki, paytaxtda hava hücumu xəbərdarlığı və partlayış səsləri eşidilib. Bir neçə yerdə yanğınlar başlayıb, insanlar xəsarət alıb.