AZ

Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya ordusu səhərə yaxın Ukrayna paytaxtı Kiyevə raket zərbəsi endirib. Şəhərdə bir neçə güclü partlayış baş verib, nəticədə Darnıtski və Desnyanski rayonlarında yanğınlar başlayıb. Reyting.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, ilkin məlumata görə, 8 nəfər yaralanıb.Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko deyib ki, şəhərin sol sahilində bir neçə yerdə yanğın qeydə alınıb. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Darnıtski və Desnyanski rayonlarında yanğınlar baş verib. Səhər saat 5-ə yaxın Kliçko yaralıların sayının 8-ə yüksəldiyini, onlardan üçünün hospitala yerləşdirildiyini bildirib.“Hazırda paytaxtda 8 yaralı var. Desnyanski və Darnıtski rayonlarının qeyri-yaşayış tikililərində böyük yanğınlar müşahidə olunur”,- deyə mer əlavə edib.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
reyting.az

2Mənbələr