AZ

AYİB Şəkidə su təchizatı sisteminin modernləşdirilməsinə dəstək olacaq

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Şəki şəhərində vəyaxın yaşayış məntəqələrində su təchizatı, kanalizasiya və yağışsularının idarə olunması sistemlərinin yaxşılaşdırılmasılayihəsinin həyata keçirilməsi üçün 89 milyon avroya qədər suverenkredit ayıracaq.

Trend bu barədəAYİB-ə istinadən xəbər verir.

Qeyd olunur ki, AYİB su təchizatı, tullantı sularının axıdılmasıvə yağış sularının kanalizasiya sistemlərinin müasir şəbəkələrinin,eləcə də şəhər və kənd əraziləri üçün bioloji təmizləməqurğularının tikintisini maliyyələşdirəcək. Layihə Şəki şəhərini,eləcə də yaxınlıqdakı Oxud, Kiş və Qoxmuq kəndlərini əhatəedəcək.

“Layihənin məqsədi əhalinin fasiləsiz şəkildə keyfiyyətli içməlisuya çıxışını təmin etmək, tullantı sularının təmizlənməsisisteminin səmərəliliyini artırmaq, həmçinin daşqın risklərinəqarşı infrastrukturun dayanıqlığını gücləndirməkdir.

Layihənin həyata keçirilməsi ətraf mühitin çirklənmə səviyyəsiniəhəmiyyətli dərəcədə azaltmağa, səthi suların keyfiyyətiniyaxşılaşdırmağa və regionun iqlim dəyişikliklərinin nəticələrinəqarşı dayanıqlığını artırmağa imkan verəcək.

Layihənin ümumi dəyəri 93 milyon avro təşkil edir. Borcalantərəf Azərbaycan, benefisiar isə Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyidir”, – məlumatda qeyd olunur.

Məqalədə:
Seçilən
65
2
az.trend.az

3Mənbələr