BAKI, 25 oktyabr. TELEQRAF
Türkiyənin Bartın vilayətində işçiləri daşıyan servis avtobusunun yağış səbəbindən sürüşkən yolda idarəetməni itirərək aşması nəticəsində 1 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki,"TRT-Haber" məlumat yayıb.
Bildirilir ki, hadisə yerinə çoxsaylı təcili yardım, polis və yanğınsöndürən qruplar cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
