Bakı. Trend:
Oktyabrın 25-də Vətən müharibəsi tarixinin ən əlamətdarhadisələrindən birinin – Qubadlı şəhərinin işğaldan azadedilməsinin 5 - ci ili tamam olur. Bu hərbi uğur AzərbaycanOrdusunun düşmən üzərindəki strateji üstünlüyünü bir qədər artırdı,qələbə gününü bir qədər də yaxınlaşdırdı.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
O bildirib ki, Qubadlı rayonu Ermənistanın Azərbaycana qarşıərazi iddialarının baş qaldırdığı 1988-ci ildən silahlı təcavüz vəterrorla üz-üzə qalmışdı. Bunun da əsas səbəbi rayonun Ermənistanvə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə həmsərhəd olması idi.Həmin vaxtdan erməni silahlıları hər iki istiqamətdən Qubadlınınyaşayış məntəqələrinə hücumlar etməyə başlayıb, dinc əhaliyə qarşıdavamlı şəkildə terrorlar törədiblər.
"Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindənişğalı nəticəsində rayonun sakinləri məcburi köçkün vəziyyətinədüşmüş və respublikamızın müxtəlif yaşayış məntəqələrindəyerləşdirilmişdilər. İşğal nəticəsində Qubadlıda 94 yaşayışməntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosialobyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü düşməntərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Qubadlıdahəm də Ermənistan tərəfindən qanunsuz məskunlaşma aparılmışdı.Xarici ölkələrdən gətirilən ermənilər rayon ərazisindəyerləşdirilmiş, onlar üçün erməni diasporunun vəsaiti ilə rayonunXanlıq kəndi ərazisində qəsəbə salınmışdı. Cenevrə konvensiyalarınagörə işğal edilən torpaqlarda qanunsuz məskunlaşma aparan ölkəcinayət törətmiş olur. Bununla da Ermənistan işğal dövründə dahabir cinayətə imza atmışdı.
Vətən müharibəsi günlərində Cəbrayılın, Hadrutun, Füzulinin vəZəngilanın azad edilməsindən sonra Azərbaycan xalqı növbəti qələbəmüjdələrindən birinin Qubadlıdan olacağına əmin idi. Bu inamı dahada gücləndirən isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanİlham Əliyevin qətiyyətli siyasəti və ordumuzun sürətli hücumu idi.Beləliklə, Zəngilanın işğaldan azad edilməsindən cəmi 5 gün sonra –oktyabrın 25-də Müzəffər Ali Baş Komandan özünün sosial şəbəkəhesabından Qubadlının da işğaldan azad edilməsinin müjdəsiniverdi:
“Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlırayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardanazad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! QarabağAzərbaycandır!”
Qubadlı şəhərinin işğaldan azad edilməsi əməliyyatı xüsusipeşəkarlıq tələb edirdi. Çünki şəhərdə ermənilər çox güclüistehkamlar qurmuşdular. Eyni zamanda yaxınlıqdakı yüksəkliklərdədüşmənin hərbi birləşmələri yerləşmişdi və buradan müntəzəm şəkildəhərbçilərimizə atəş açılırdı. Bundan başqa Azərbaycan Ordusununbölmələrinə Ermənistan ərazisindən də atəş açılırdı. Ona görəQubadlı əməliyyatında xüsusilə diqqətli olmaq lazım idi. Şəhəriazad etmək üçün isə ilk növbədə, yüksəkliklər düşməndəntəmizlənməli idi. Beləliklə, Azərbaycan Ordusunun olduqca dəqiq vəpeşəkarlıqla hazırlanan hücum əməliyyatı nəticəsində öncə, şəhərəhakim olan strateji yüksəkliklər və ətrafdakı yaşayış məntəqələri,o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri nəzarətə götürüldü.Bunun ardınca isə Qubadlı şəhəri işğaldan azad olundu və 25 oktyabrtarixi 44 günlük müharibənin gedişində mühüm strateji uğur oldu.Ümumilikdə isə Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatlarınəticəsində noyabrın 9-dək Qubadlı şəhərindən başqa rayonun 41kəndi işğaldan azad olundu", - deyə deputat bildirib.
Onun sözlərinə görə, Qubadlıdan sonra Azərbaycan Ordusunun Laçınistiqamətində hücumları başladı. Tezliklə Laçın rayonunun cənubundayerləşən kəndlər azad olundu. Laçın dəhlizinin ordumuz tərəfindənnəzarətə götürülməsi isə müharibənin gedişində mühüm dönüş nöqtəsioldu:
"Vətən müharibəsindən sonra Qubadlı rayonunun tarixində yenimərhələ başlayıb. Düşmənin dağıtdığı, vandallığa məruz qoyduğurayon bu mərhələdə bərpa edilir, yenidən qurulur. Hələ 2021-ci iloktyabrın 25-də Qubadlıda rayon ictimaiyyətinin nümayəndələri iləgörüşdə Prezident İlham Əliyev demişdi:
«Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamatbina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçünbir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi.Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbadvəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini,o cümlədən Qubadlı şəhərini yenidən quracağıq».
Ötən dövrün mənzərəsi göstərir ki, dövlətimizin başçısının busözləri sürətlə həyata vəsiqə alır, Qubadlıda həyat yenidəncanlanır. Prezident İlham Əliyev indiyədək bir neçə dəfə Qubadlıyasəfər edib. Bu səfərlərin hər biri rayonun həyatında silinməz izburaxıb, bərpa və quruculuq işlərinə təkan verib.
Qubadlıda da digər rayonlarda olduğu kimi quruculuq işləri yeniinfrastrukturların yaradılması ilə başlayıb. İndiyədək rayondasistem əhəmiyyətli “Qubadlı” yarımstansiyası istifadəyə verilib.Hazırda rayon ərazisində Xudafərin-Qubadlı-Laçın, Qubadlı-Eyvazlı,Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Yeni Qubadlı-Laçın vəXanlıq-Qubadlı yollarının tikintisi aparılır. O cümlədən Qubadlışəhərində daxili yolların tikintisi həyata keçirilir", - deyəXanlar Fətiyev bildirib.
Deputat xatırladıb ki, 2023-cü il mayın 4-də Prezident İlhamƏliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibatibinanın, 600 şagird yerlik tam orta məktəb binasının, 91 yataqlıqMərkəzi Xəstəxana binasının təməlini qoyub. Qubadlı şəhərinin2040-cı ilədək inkişafına dair Baş planı da təsdiq edilib.
"Bərpa işləri rayonun kəndlərini də əhatə edir. Ötən dövrdəXınalıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Birincimərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlıkəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.
Qubadlı rayonunun böyük su ehtiyatları var. Bərpa prosesində buimkanlardan da səmərəli yararlanmaq qarşıda duran əsas vəzifələrdənbiridir. Bu məqsədlə rayon ərazisində “Zabuxçay” və “Bərgüşadçay”su anbarları inşa olunur. Su anbarlarının yaradılması nəticəsindəon minlərlə hektar torpağın suvarma suyu ilə dayanıqlı şəkildətəmin edilməsi mümkün olacaq.
Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığıSərəncama əsasən Qubadlı şəhərinin işğaldan azad edildiyi 25oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Qubadlı ŞəhəriGünü də Vətən müharibəsinin digər əlamətdar tarixləri kimiAzərbaycanın Zəfərini, xalqımızın mübariz ruhunu tərənnüm edir.
İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı dadirçəlir, həyata dönür. Azadlığının sevincini yaşayan bu yurdyerimiz də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarınınquruculuq əzminin və dövlətimizin qüdrətinin nəticəsi olaraqtezliklə Azərbaycanın ən gözəl ünvanlarından biri olacaq", - deyə oqeyd edib.