BAKI, 25 oktyabr. TELEQRAF
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə UkraynaFövqəladə Hallar Xidməti məlumat yayıb.
İlkin məlumatlara əsasən, 9 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər və digər operativ xidmətlər işləyirlər.