“Volkswagen” tezliklə Almaniyada ən çox satılan Golf və Tiguan modellərinin istehsalını elektron komponentlərin çatışmazlığı səbəbindən planlaşdırmadan dayandıracaq.
Ölkə.az “Bild”ə istinadən xəbər veri ki, komponent çatışmazlığı Niderlandın Çinlə sentyabrın 30-dan ticarət müharibəsi aparması nəticəsində yaranıb.
“Vedomosti”-nin məlumatına görə, həmin tarixdə Hollandiya hakimiyyəti qismən Çin hökumətinə məxsus olan və Çindən Aİ bazarına yarımkeçiricilər tədarük edən “Nexperia” şirkəti üzərində müvəqqəti nəzarət yaradıb. Müvəqqəti nəzarət də nəticə etibarı ilə potensial təhlükə yarada bilər. Buna cavab olaraq çinlilər “Nexperia” məhsullarının bazara tədarükünü əngəlləyiblər. “Bloomberg” qeyd edir ki, mövcud vəziyyətə görə Avropa avtomobil istehsalçıları mikroçip çatışmazlığı ilə üzləşmək üzrədir. Alternativ təchizatçıların tapılması uzun vaxt aparacaq, çünki hissələrin yoxlanılmasını tələb edəcəkdir.
Alman Avtomobil Assosiasiyasının (VDA) prezidenti Hildegard Müller xəbərdarlıq edib ki, tədarükün kəsilməsi məsələsi tezliklə həll olunmazsa, bütün Almaniya avtomobil sənayesi ciddi zərər görəcək və çökəcək.
Mürtəza