Son Hin Min MLS-də yaranan fasilə zamanı Avropaya qayıtmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, koreyalı futbolçu Dünya çempionatından əvvəl formada qalmaq üçün bu yolu seçməyi düşünür.

MLS-də bu mövsüm dekabrın 6-sı bitəcək, növbətisi isə bu tarixdən 3-4 ay sonra başlayacaq.

"Milan" Son Hin Minlə yaxınlanan maraqlanan komandalardan biridir. 

Devid Bekhem də zamanında MLS-də oynayarkən qısamüddətli "Milan"ın formasını geyinib.

Bu mövsüm A Seriyasında çempion olmaq istəyən "qırmızı-qaralar" koreyalının durumunu yaxından izləyir. Son da İtaliya nəhənginə keçməyə müsbət yanaşır.