Türkiyənin İzmir vilayətinin Foça rayonunda yağan leysan yağışından sonra avtomobili ilə birlikdə sel sularında itkin düşən 70 yaşlı Bülent Kaptanoğlunun meyiti tapılıb.
APA-nın Türkiyə bürosunun məlumatına görə, AFAD xilasetmə qruplarının axtarışları nəticəsində Bülent Kaptanoğlunun meyiti Bucak çayında aşkarlanıb.