AZ

Xalq artisti həyat yoldaşı ilə ailə qurma hekayəsini danışdı

Xalq artisti Alim Qasımov həyat yoldaşı Tamilla xanımla ailə qurması haqqında danışıb. 

Yenisabah.az xəbər verir ki, o, bu barədə "Hərşeyşünas" yutub layihəsində söhbət açıb. 

Xalq artisti bildirib ki, qardaşlarından qorxsam da, fikrimdən dönmədim: Dominos pizza

"Atam, anam bir də Gülzar xanım məni çağırıb dedi ki, Tamilladan əl çəkim. Bilirdilər ki, xanımın dalınca gəzirəm. Söhbətdən sonra dedim onlara ki, hər şey bitib. Sözün açığı evlənmək haqqında da düşünmürdüm. Çünki nə iş, nə ev, nə də pul var idi. Həmin günü gəldim poçtun qabağına. Gördüm ki, bacısıgilə gəlib. Yenə düşdüm dalınca. Başladım bununla hər şeyi danışmağa, gördüm o da razılaşır. Söz ağızdan çıxıb deyə dönməyə də utandım. Düşüb yan-yana getdik. Elə günü bu günə qədər də, ağlıma nə gəlibsə etmişəm. Böyük qardaşları var idi, salardılar məni təpiklərinin altına. İt kimi də qorxurdum. Qısası, beləcə ailə qurduq".

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
46
yenisabah.az

1Mənbələr