Azərbaycan Basketbol Liqasında IV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.
İlk olaraq B qrupunda yer alan "Sərhədçi" ilə "Naxçıvan" üz-üzə gələcəklər. Qarşılaşma saat 14:00-da start götürəcək. Naxçıvan klubu 5 xalla dördüncü, "Sərhədçi" dörd xalla beşinci pillədə qərarlaşıb.
Günün ikinci oyununda ölkəmizi Avropa Liqasında təmsil edən komandalar - "Neftçi" və "Abşeron Lions" münasibətlərinə aydınlıq gətirəcəklər. A qrupunda yarışan komandaların mübarizəsi saat 18:00-da başlayacaq. "Abşeron Lions" 6 xalla qrupda ikinci, rəqiblərindən bir oyun az keçirən "ağ-qaralar" isə 3 xalla dördüncü yerdədir.
Qeyd edək ki, tura oktyabrın 26-da yekun vurulacaq. Əvvəlki matçlarda "Sabah" "Gəncə"ni, "Lənkəran" "Quba"nı (102:87), "Ordu" "Sumqayıt"ı (116:81) məğlub edib.