“Oyunçularımız çox motivasiyalıdırlar”.

Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bunu "Barselona" futbol klubunun prezidenti Joan Laporta deyib.

O, El-Klassiko” ilə bağlı fikirlərini bölüşüb: Komandanın "Real Madrid" üzərindəki qələbələrindən heç vaxt yorulmayacağan.

Əminəm ki, onlar bizi yenə sevindirəcəklər. Barsanın qələbəsini izləmək biz azarkeşlər üçün idman yarışından daha artığıdır. Belə oyunlar həddindən artıq rəqabətli xarakterizə olunur.", - deyə o vurğulayıb.

Qeyd edək ki, İspaniya çempionatının 10-cu turu çərçivəsində “Barselona” “Real”ın qonağı olacaq.  
Qarşılaşma oktyabrın 26-da baş tutacaq.

Ötən mövsüm "Barselona" "El Klassiko"nun dörd oyununun hamısında qələbə qazanıb.