Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq. Yeni qaydalara görə, həmçinin hüquqi şəxslər tərəfindən satış məqsədi ilə ölkəyə idxal edilən mobil cihazların hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq.
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, hüquqi şəxslərə şamil olunacaq aksiz vergisi bazarda qiymət artımına səbəb olacaq: Marqarita pizza
“Burada mobil telefonlarla bağlı 2 dəyişiklik var. Biri hüquqi şəxslərin gətirdiyi telefonların 20 manat bahalaşması, digəri isə fiziki şəxslərin gətirdiyi 2-ci telefonların 100 manat dəyərində aksiz vergisinə cəlb edilməsidir. Hüquqi şəxslərə tətbiq ediləcək 20 manat aksiz vergisi satışda olan telefonların qiymətini 20 manat bahalaşdıracaq”.
Ekspert vurğulayıb ki, fiziki şəxslərlərin gətirdiyi hər 2-ci telefona tətbiq ediləcək 100 manatlıq aksiz vergisi isə “qara bazar”ın cəlbediciliyinə mənfi təsir edəcək:
“Amma fiziki şəxslərə tətbiq ediləcək 2-ci telefonla bağlı 100 manat dəyərindəki aksiz vergisi bazara ciddi təsir etməyəcək. Adətən fiziki şəxslər tərəfindən gətirilən telefonlar ya hədiyyə məqsədi daşıyır, ya da “qara bazar”da satılır. Burada “qara bazar”ın cəlbediciliyi aşağı düşəcək. Hökumət yüksək aksiz vergisi tətbiq etməklə demək olar ki, “qara bazar”ı bağlayır. Yüksək ehtimalla “qara bazar”ın gəlirliliyi aşağı düşdüyünə görə, satışları zəifləyəcək”.
Nazim Hacıyev
Telegram kanalımız