AZ

Tailandda birillik matəm elan edilib

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tailandın sabiq kraliçası, kral Maha Vaçiralonqkonun anası Sirikit 93 yaşında vəfat edib. O, 60 il ərzində keçmiş kral Pumipon Adulyadetin həyat yoldaşı olub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Tailand Kral Sarayına istinadla "Kommersant" yayıb.

Məlumatda deyilir: "Krallıqda Ülyahəzrət ana kraliça Sirikitin vəfatı ilə əlaqədar matəm elan olunur. Matəm bir il davam edəcək".

Sirikit 2019-cu ildən xəstəxanada həkimlərin nəzarəti altında idi. 2025-ci il oktyabrın 17-də onun qan dövranında infeksiya aşkar edilib.

Bildirilir ki, ana kraliça ilə vida mərasimi ölkənin bütün sakinləri üçün açıq olacaq. Mərasim Banqkokda Kral iqamətgahının Ananda Samakhom təntənəli salonunda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
4
oxu.az

5Mənbələr