"Barselona"nın prezidenti Joan Laporta kataloniyalıların "Real Madrid"lə görüşü ərəfəsində əzəli rəqiblərinin "bostanına daş atıb".
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" klub funksionerinin dediklərini belə çatdırıb:
"Barsa"nın "Real Madrid"ə qalib gəlməsini izləməkdən heç vaxt yorulmuram. Onlara qalib gəldiyimizi izləmək bizim azarkeşlər üçün idman yarışını üstələyən hissdir. Belə bir oyun həddindən artıq rəqabətlə xarakterizə olunur. Bu inanılmazdır".
Komandalar bazar günü - oktyabrın 26-da İspaniya çempionatının 10-cu turu çərçivəsidə qarşılaşacaqlar.
Xatırladaq ki, "Barselona" keçən mövsüm dörd "El Klasiko"nun hamısında qalib gəlib (top fərqi 16-7).
Mirağa
 
                        