AZ

Azərbaycan qarğıdalı idxalını azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 36 min 975 ton qarğıdalı idxal edilib.Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu həcmdə qarğıdalının dəyəri 14 milyon 98 min ABŞ dolları təşkil edib.Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 26 min 971 ton (42,2%), dəyər baxımından isə 5 milyon 660 min ABŞ dolları (28,6 %) azdır.

Hesabat dövründə qarğıdalı idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Seçilən
83
4
metbuat.az

5Mənbələr