Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistandakı qondarma “erməni Soyqırımı” “tarixi”nin toxunulmazlığının itirməsindən “şok”da olduğunu bildirib. Tribunainfo.az xəbər verir ki, o, bəzi erməni siyasətçilərin bu mövzudan əl çəkmə ehtimalını müzakirə etməyə başladığını qeyd edib.
O deyib: “Tarixdə elə vaxtlar olur ki, xalqlar və ölkələr çağırışların öhdəsindən gələ bilmədiklərinə görə sözün əsl mənasında yox olurlar. Çünki onlar özləri üçün həqiqətən toxunulmaz olan və olmalı olan şeylərə xəyanət edirlər. Baxın, müqəddəs görünən tarixin, o cümlədən “erməni soyqırımı” “tarixinə” əsaslanan toxunulmaz fəlsəfənin birdən-birə bir çox erməni və siyasi xadimlərin, bəzi dövlət adamları tərəfindən yozulması məni şoka saldı. Təsəvvür edirsiniz ki, hansı amil öz xarakteristikasına görə tərk edilə bilər?”
P.S. Rusiya XİN-in əsas sözçüsü yenə ortalığı qarışdırmağa çalışır. Qondarma, heç bir tarixi sübutu olmayan, məhz ruslar və fransızlar tərəfindən məqsədli şəkildə ortaya atılmış, Azərbaycan və Türkiyəyə “təzyiq vasitəsi” olaraq istifadə olunan bu məsələnin ruslar tərəfindən gündəmə gətirilməsi məqsədlidir. Onlar Qafqazda heç vaxt əbədi sülhün olmasını istəmir və buna görə də, belə qondarma mövzuları ortaya atmaqla, yeni münaqişə mənbələri yaratmağa çalışırlar.
Fərda Uğur