ain.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb.
Axşam.az xəbər verir ki, sənətçinin nəvəsi Eldar Abdullayev “Qafqazinfo”ya açıqlamasında Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib.
“Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir” deyə, o qeyd edib.
Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.