BAKI, 25 oktyabr. TELEQRAF
NATO məsələsində Rusiyanın mövqeyi nəzərə alınmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Rusiya Prezidentinin investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev CNN telekanalına müsahibəsində bildirib.
Kirill Dmitriyev deyib ki, real həll yalnız Rusiyanın mövqeyi nəzərə alınarsa mümkündür:
"Keçmişdə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff kimi şəxslər Rusiyanın mövqeyini dinləyirdi. Rusiya sadəcə istəmirdi ki, NATO sərhədlərinə çox yaxınlaşsın, çünki bu, ölkə üçün ekzistensial təhlükə yaradır".
O əlavə edib ki, əksər amerikalılar Rusiyanın NATO-ya üzv olmaq istədiyini bilmir:
"Təsəvvür edin, amerikalıların 99,999%-i Prezident Vladimir Putinin NATO-ya qoşulmaq təklif etdiyini bilmir".
Kirill Dmitriyev müsahibədə Rusiyanın NATO ilə münasibətlərdə əsas təhlükəsizlik maraqlarını nəzərə aldığını da qeyd edib.