Xalq artisti Şahnaz Haşımova əməliyyat olunub.
 Bu barədə xalq artistinin nəvəsi Eldar Abdullayev APA-nın yerli bürosuna bildirib.
 Onun sözlərinə görə, Şahnaz Haşımovanın bu gün baş tutan əməliyyatı uğurlu olub. Onun müalicəsi hazırda palata şəraitində davam etdirilir, vəziyyəti yaxşıdır.
 
                        