AZ

Braziliya millisinin üzvü keçmiş komandasına qayıda bilər

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

“Tottenhem”in hücumçusu Riçarlison yaxın vaxtlarda Premyer Liqanın başqa klubuna keçə bilər. 

Apasport.az “Teamtalk”-a istinadən xəbər verir ki, 28 yaşlı forvarda onun sabiq komandası “Everton” maraq göstərir.

London təmsilçisi qış transfer pəncərəsində Riçarlisonun satışını nəzərdən keçirməyə hazırdır. Braziliyalı futbolçu əvvəllər “Everton”un heyətində çıxış edib.

Riçarlison cari mövsümdə “Tottenhem”lə 13 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.

"Qalatasaray"dan İkardi və Barış Alper açıqlaması

Xabi Alonso Kenan Yıldızın "Real Madrid"ə keçməsini istəyir

"Liverpul" ulduz futbolçu ilə yollarını ayıracaq

"Beşiktaş" ciddi itki ilə üzləşib

Seneqallı müdafiəçi A Seriyasına qayıda bilər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
1
apasport.az

2Mənbələr