AZ

Putin, Tramp, Zelenski  diplomatik həll yoluna kifayət qədər yaxındır - Dmitriyev

Rusiya, ABŞ və Ukraynan müharibəsinin mümkün diplomatik həll yoluna kifayət qədər yaxındır və ağlabatan müddət ərzində buna nail olunacağına ümid edirəm.

Ölkə.az xəbər verir ki, bunu Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Kiril Dmitriyev deyib. 
“Düşünürəm ki, biz Rusiyanın maraqlarını nəzərə alaraq və təkcə atəşkəs haqqında deyil, həm də münaqişənin yekun həlli haqqında düşünərək, diplomatik həllə doğru irəliləməyimiz çox vacibdir”, - o bildirib. 

Dmitriyev bəyan edib ki, Kiyevin ritorikasını dəyişməsi mühüm amildir. "Prezident Zelenski bunun cəbhə xətti olduğunu etiraf edərək ciddi addım atdı. Onun əvvəlki mövqeyi belə idi ki, Rusiya tamamilə geri çəkilməlidir", - o qeyd edib.

Vaşinqtonun dialoqa yanaşması barədə danışan Dmitriev vurğulayıb ki, Prezident Tramp ABŞ-ın milli maraqlarını müdafiə etdiyi kimi, Prezident Putin də Rusiyanın milli maraqlarını müdafiə edir.

 Mürtəza

Seçilən
42
1
olke.az

2Mənbələr