Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 11,3 milyon manatdəyərində dərman istehsal edilib.
Trend bubarədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Bildirilib ki, dərman istehsalı ötən ilin eyni dövrü iləmüqayisədə 2,9 milyon manat və ya 34,1% çoxdur.
Belə ki, 2024-cü ilin ilk 9 ayında ölkədə 8,4 milyon manatdəyərində dərman istehsal edilmişdi.
Cari ilin oktyabrın 1-i tarixinə ölkədə 585,7 min manatlıq hazırdərman ehtiyatı var.
Bununla yanaşı, bəhs olunan dövrdə Azərbaycanda 2,5 milyon ədədtibbi maska istehsal edilib ki, bu da ötən ilin ilk 9 ayındakıgöstərici ilə müqayisədə 0,8 milyon ədəd və ya 47,1% artımdeməkdir.