FİFA özbək futbolçu Şoxboz Umarovla Qazaxıstanın "Ordabası" klubu arasında uzun sürən maliyyə mübahisəsini həll edib.
Fanat.Az xəbər verir ki, beynəlxalq futbol qurumunun qərarına əsasən Qazaxıstan təmsilçisi futbolçuya çatmalı olan əmək haqqı, məzuniyyət pulu və faiz də daxil olmaqla, 31,6 milyon tenge ödəməlidir.
FİFA-nın mətbuat xidmətinin yaydığı məlumata görə, “Ordabası” yarımmüdafiəçinin müqaviləsi üzrə bir neçə öhdəliyi yerinə yetirə bilməyib: klubun ona 16,6 milyon tenge maaş, eləcə də 28 günlük məzuniyyətə görə kompensasiya borcu var. Üstəlik, 2023-cü il çempionat mövsümündən sonra oyunçu vəd olunan bonusların bir hissəsini ala bilməyib.
Umarovun şikayəti FİFA-nın Mübahisələrin Həlli Palatasına 2024-cü ilin yazında verilib. Sənədləri ətraflı araşdırdıqdan sonra təşkilatın hüquq şöbəsinin rəhbəri Emilio Qarsiya Silvero futbolçunun xeyrinə qərar çıxarıb.
Futbolçu hazırda Birinci Liqada çıxış edən “Turan”dadır. “Ordabası” hazırda Qazaxıstanın yüksək liqasının turnir cədvəlində yeddinci yerdədir.