AZ

Dabaq xəstəliyi ətin qiymətini artırdı – Ucuz ətlərin təhlükəsi var?

Dabaq

Ekspert İlkin Şirinov idxal olunan ətlərin sağlamlıq üçün təhlükə yaratmaması üçün keyfiyyətə və nəzarətə ciddi önəm verilməli olduğunu bildirir.Son günlər regionlarda yayılan dabaq xəstəliyi səbəbindən yerli ətin qiymətində artım müşahidə olunur. Bu vəziyyət bəzi satış nöqtələrində daha ucuz qiymətə ət təklif olunması ilə müşayiət edilir. İddialara görə, həmin ətlər xaricdən idxal olunur. Bəs, bu ətlər sağlamlıq üçün risklidirmi?Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov Ulusum.az-a açıqlamasında bildirib ki, əsas məsələ idxal olunan ətlərin keyfiyyəti və onlara tətbiq olunan nəzarət mexanizmləridir. Onun sözlərinə görə, mənşə ölkəsində heyvanların sağlamlığına dair rəsmi sertifikatların mövcudluğu, kəsim, emal və qablaşdırma proseslərinə nəzarət mütləq olmalıdır.Ekspert İlkin Şirinov ulusum.az-a xəbər verir ki, müştəri üçün əsas olan məhsulun görünüşü, qoxusu və keyfiyyətidir. Lakin məhsulun sənədlərinin mövcudluğu və düzgün şəraitdə saxlanılması da satıcının məsuliyyətidir. İdxal olunan hər bir ət partiyası üzrə gömrük bəyannamələri və qida təhlükəsizliyi sertifikatları Kənd Təsərrüfatı Nazirliyi və AQTA tərəfindən yoxlanılmalıdır.Müştərilər şübhəli hallarda satış nöqtəsinə və ya aidiyyəti qurumlara müraciət etməlidirlər. Məhsulun izlənə bilən şəkildə sənədləşdirilməsi həm alıcıların hüquqlarının qorunması, həm də istehlakçının sağlamlığı baxımından vacib hesab olunur.R.daşdəmirova

Diqqət Çəkənlər

Kəskin çəki dayanması nə ilə bağlıdır?

Taşkentdə “Beş Qazan”da doğmalıq dadı – Özbek aşının qardaşlıq süfrəsi

Rənglərin qardaşlığı: Özbəkistanda sərgi

Seçilən
41
ulusum.az

1Mənbələr