AZ

Rodion Miroşnik Avropa İttifaqını ittiham etdi

Avropa İttifaqı Ukrayna böhranının həlli ilə bağlı Rusiya ilə ABŞ arasında birbaşa təmasların qarşısını almaq üçün bütün səyləri göstərir və Ağ Evi keçmiş ABŞ prezidenti Co Baydenin yürütdüyü siyasətə qaytarmağa çalışır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a verdiyi açıqlamada bildirib.

“Avropa ölkələri, təəssüf ki, aqressiv mövqe tutublar. Onlar Rusiya ilə Ukrayna arasında, Moskva ilə Vaşinqton arasında birbaşa ikitərəfli təmasların qarşısını almaq üçün demək olar ki, bütün üsullardan istifadə edirlər”, - deyə Miroşnik vurğulayıb.

“Uzun müddət, üç ildən artıq bir zaman ərzində ABŞ anti-Rusiya fəaliyyətinin və hərbi gərginliyin əsas hərəkətverici qüvvəsi olub. İndi isə Avropa İttifaqının əsas ölkələri və təşkilat olaraq Avropa İttifaqı Amerika administrasiyasını Baydenin dövründəki siyasətə qaytarmağa çalışır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ABŞ-ni Kiyev rejiminin maliyyələşdirilməsini davam etdirməyə, hərbi təchizatlara və Ukrayna ərazisində baş verən qanunsuzluqlara diplomatik örtük yaratmağa yönəltmək istəyir.

Seçilən
36
1
cebheinfo.az

2Mənbələr