AZ

“Sağlam qalmağımın əsas sirri yuxudur”

“Əl-Nəsr” klubunun 40 yaşlı ulduz futbolçusu və kapitanı Kriştiano Ronaldo fiziki formasını qorumağının əsas sirrini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı hücumçu "Whoop" şirkətinin sosial şəbəkələrdə paylaşdığı videoda yuxunun onun üçün ən vacib faktor olduğunu bildirib:

“Yuxu mənim əsas alətimdir. Mən yatmaq və oyanmaq üçün müəyyən vaxtlara əməl edirəm. Məsələn, təxminən saat 23:00–00:00 arası yatır, səhər 8:30-da oyanıram. Bu, mənim rutinimdir. Sağlam qalmaq baxımından bu, həyatımızda sahib olduğumuz ən vacib şeylərdən biridir”

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Bu müddət ərzində o, 112 oyunda 99 qol vurub və 21 qol ötürməsi ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
36
90deqiqe.az

1Mənbələr