Paytaxtda yeni inşa olunan binalarda yaşayan sakinlər arasında ən çox səslənən narazılıqlardan biri parkinq problemidir. Müasir görünüşlü, göz oxşayan binalar ilk baxışdan rahat görünsə də, bu yaşayış komplekslərində avtomobil saxlamaq demək olar ki, mümkünsüzdür. Əksər yeni tikililərdə sakinlərin avtomobilləri həyətə buraxılmır.
Binalarda təklif olunan alternativ variant yeraltı qarajlardır. Lakin qaraj yerlərinin sayı az, qiymətlər isə “fantastik” səviyyədədir. Üstəlik, qarajı almaq istədikdə, evin qiymətinə bərabər pul ödəsən də, sənəd verilmir. Bəs bu problemdən çıxış yolu nədir?
“Qarajlar mənzil sayına uyğun deyil”
İnşaat eksperti Elnur Azadov deyir ki, ciddi normativ tələblər olmadığı üçün tikinti şirkətləri bu məsələni fərdi şəkildə həll edirlər: “Yaşayış komplekslərində qarajların satılması, yaxud icarəyə verilməsi şirkətin qərarından asılıdır. Adətən qaraj yerləri mənzil sayına uyğun deyil, ən yaxşı halda onun yarısı qədər olur. Çünki yeraltı qarajların inşası xeyli investisiya tələb edir”.
 E.Azadov vurğulayır ki, bəzi tikinti şirkətləri satış üçün nəzərdə tutulan qarajların alıcısının az olduğunu bildiyi üçün, ümumiyyətlə böyük qaraj tikmir: “Yəni gələcəkdə parklanma probleminin yaranacağı əvvəlcədən düşünülmür. Şirkətlər əsasən öz xərclərini və qazanc balansını qorumağa çalışırlar”.
“Kim daha çox pul verirsə, ona satırlar”
 
                        