AZ

Xocalı məktəbinin məzunlarının ilk görüşü keçirilib (FOTO)

Xocalı.Trend:

Oktyabrın 25-də Xocalı şəhər 1 nömrəli tam orta məktəbinməzunları illər sonra ilk dəfə bir araya gəliblər. 36 il əvvəl buməktəbdə müəllimə kimi çalışmış Xocalı sakini Səriyyə Müslümqızınıntəşəbbüsü ilə təşkil olunmuş görüşdə 1980–1990-cı illərdə məktəbdətəhsil almış məzunlar və o dövrün müəllimləri iştirak ediblər.

Trend xəbərverir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindənverilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Xocalı Şəhidlərxiyabanını ziyarət edib, şəhidlərin xatirəsini bir dəqiqəliksükutla yad ediblər.1992-ci ilin fevralında erməni silahlıbirləşmələri tərəfindən törədilən Xocalı soyqırımınındəhşətlərindən, o faciənin xalqımızın yaddaşında buraxdığı izlərdəndə danışıblar.

Tədbirin təşkilatçısı Səriyyə Müslümqızı çıxışı zamanı bildiribki, bu gün azad Xocalının adı qürurla çəkilir, insanlar doğmayurdlarına qayıdır, Xocalıya həyat yenidən dönür. Onun sözlərinəgörə, bu gün burada toplaşmaq həm yaddaşın, həm də qüruruntəntənəsidir. Tədbirin sonunda məzunlar belə görüşlərin davamlıkeçirilməsinin vacibliyini vurğulayaraq, azad Xocalının dirçəlməsivə gənc nəslin doğma torpaqlarda yetişməsi üçün birgə səyləçalışacaqlarına söz veriblər.

Xocalı
Xocalı
Xocalı
Xocalı
Xocalı
Məqalədə:
Seçilən
61
21
az.trend.az

10Mənbələr