AZ

Bakı metrosunda dava: 4 nəfər saxlanıldı

Bakı metrosunda xoşagəlməz hadisə baş verib.

7News.Az lent.az-a istinadən xəbər verir ki, insident metronun "Koroğlu" stansiyasında qeydə alınıb.

Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər.

Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb.

Hazırda insidentin səbəbləri araşdırılır.
Seçilən
17
6
7news.az

7Mənbələr