Braziliyalı hücumçu, "Santos"un forvardı Neymar 2026-cı ilin Dünya Çempionatında Karlo Ançelottinin yığmasına düşmək şansını artırmaq üçün səs-küylü transferə ümid bəsləsə də, buna nail ola bilməyib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb.
Bildirilir ki, Avropa komandaları 32 yaşlı oyunçuya maraq göstərməyiblər. Belə olan halda futbolçu karyerasını davam etdirmək üçün iki variant arasından birini seçməlidir. O, ya "Santos"la müqaviləsini uzatmalı, ya da MLS-ə (Major League Soccer) keçməlidir. O, burada Lionel Messi və Luis Suareslə birlikdə "İnter Mayami"nin heyətində oynaya bilər.
Xatırladaq ki, Neymar sonuncu dəfə meydana sentyabrın 14-də çıxıb və travma alıb. Hazırda bərpa prosesi keçir. O, klubun heyətində 21 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.
"Cebheinfo.az"