Rusiyanın ballistik raketlərlə Kiyevə gecə zərbələr endirməsi nəticəsində iki nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında məlumat verib.
Hadisə nəticəsində 12 nəfər isə xəsarət alıb.
***
Oktyabrın 25-nə keçən gecə Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə ballistik raketlərlə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
İlkin məlumatlara əsasən, 9 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasedicilər və digər operativ xidmətlər işləyirlər.