AZ

Dövlət İmtahan Mərkəzinə 21,3 milyon manat VƏSAİT ayrılacaq

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin aparılması, orta ixtisas təhsil müəssisələrinə və ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının keçirilməsi üçün dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi üçün 21,3 milyon manat vəsait nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, bu, ötən illə müqayisədə 2,0 milyon manat və ya 10,2 faiz çoxdur.

Günay Şahmar, Bizim.Media

Seçilən
62
1
bizim.media

2Mənbələr