Bakı.Trend:
Son dövrlərdə Azərbaycanın müxtəlif bölgələrində torpaqsahələrinin qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.Torpaq bazarı son illərdə dinamik dəyişikliklər yaşayır.
Artımın əsas səbəbləri nələrdir? Artım daha çox hansı bölgələrdəmüşahidə edilir?
“Artım xüsusilə Abşeron yarımadası, Quba - Xaçmaz, Qəbələ,Gəncə-Daşkəsən və Lənkəran bölgələrində daha çox hiss edilir”.
Bu fikirləri Trend-ə açıqlamasında Azərbaycan QiymətləndiricilərPalatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızıbildirib.
O, vurğulayıb ki, əgər 2022-ci ildə bölgələrdə bir sot torpaqsahəsinin orta qiyməti 200-300 manat civarında idisə, hazırda burəqəm 400-500 manat səviyyəsinə qədər yüksəlib.
“İnfrastrukturun daha yaxşı olduğu və turizm potensialı yüksəkolan zonalarda isə qiymətlər 1000 manat və daha yuxarı ola bilir.Bakıətrafı qəsəbələrdə, xüsusilə Məhəmmədi, Novxanı, Masazır vəBinəqədi istiqamətlərində torpaq qiymətləri bir sot üçün artıq3000-7000 manat aralığında dəyişir. Ümumilikdə, son iki il ərzindəbölgə torpaqlarında 15-20 % civarında artım qeydə alınıb”.
G. İsmayılqızı torpaq bazarındakı qiymət artımının əsassəbəblərini də açıqlayıb:
"İnfrastrukturun yaxşılaşması, yeni yollar, kommunikasiyaxətləri və sosial obyektlərin inşası ərazilərin bazar dəyəriniartırır. Turizm və kənd təsərrüfatı potensialının artması -xüsusilə Qəbələ, Quba və Lənkəran kimi turizm bölgələrindətorpaqlara tələbat çoxalıb. Elektron sənədləşmə sistemlərinintətbiqi - qiymətləndirmə və qeydiyyat proseslərinin şəffaflaşmasıbazara etimadı artırır. Ərazidə miqrasiya amilləri də qiymətartımına əhəmiyyətli dərəcədə təsir göstərir.
Mütəxəssis vurğulayıb ki, hazırda bölgələrdə torpaq fondununböyük hissəsini bələdiyyə torpaqları təşkil edir. Bu torpaqlarınsənədləşmə prosesinin sadələşdirilməsi istiqamətində yeni mərhələbaşlanıb:
“Artıq bələdiyyə torpaqları qiymətləndirmədən keçdikdən və realbazar dəyəri müəyyən olunduqdan sonra, həmin dəyər əsasındaformalaşan rüsum müvafiq qurumun hesabına köçürüldükdən və yahərracda alqı-satqı baş tutduqdan sonra sənədləşmə prosedurlarıbaşlanır.
Bu proseslərin rəqəmsallaşması nəticəsində vətəndaşlar üçünmülkiyyət hüququnun rəsmiləşdirilməsi daha şəffaf və operativ halagəlib. Ən önəmlisi, sənədləşmə artdıqca torpaq bazarında qiymətsəviyyəsinə də ciddi təsir göstərir. Hazırda sənədli və sənədsiztorpaqlar arasında orta hesabla 50 %-ə qədər qiymət fərqi müşahidəolunur. Yəni, eyni ərazidə sənədli torpaq sahəsi 10 000 manatdəyərləndirilirsə, sənədsiz torpaq təxminən 5 000 manat ətrafındabazara təklif edilir”.
Onun fikrincə, sənədləşmə prosesi yalnız hüquqi deyil, həm dəiqtisadi dəyəri artıran amildir. Sənədli torpaqlara tələbatartdıqca, bölgələrdə bazar qiymətləri də paralel olaraqyüksəlir:
"Bütün bu amillər onu göstərir ki, torpaq bazarı Azərbaycandaartıq yeni mərhələyə qədəm qoyub - kağız daşıyıcıdan elektronsistemə keçid, sənədləşmə prosesinin sürətlənməsi, və bazardəyərlərinin şəffaf şəkildə müəyyən olunması qiymətlərinformalaşmasında əsas rol oynayır.
G.İsmayılqızı vurğulayıb ki, 2025-2026-cı illərdə bələdiyyətorpaqlarının tam rəqəmsallaşması nəticəsində bazarda daha sabit vəreal qiymət mexanizmi formalaşacağı gözləniləndir".
“Regionlarda torpaq qiymətlərində artım müşahidə edilir və bununda müəyyən səbəbləri var. Turizm potensiallı ərazilərdə qiymətartımı həmin ərazidə torpağa tələbin yüksək olması ilə bağlıdır.Lakin təkcə turizm bölgələrində deyil, respublikanın digərregionlarında da torpaq qiymətləri bahalaşıb”.
Bunu Trend-əaçıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert qeyd edib ki, qiymət artımının əsas səbəblərindən biribu ilin yanvar ayından “Torpaq məcəlləsi”nə edilən dəyişikliklərləbağlıdır:
"Xüsusilə bələdiyyə torpaqlarının alqı-satqısında yeniqaydaların tətbiqi qiymət artımında əhəmiyyətli rol oynayır.Əvvəlki illərdən fərqli olaraq, bələdiyyə torpaqları yeniqaydalarla satışa çıxarılır. Qanunvericiliyin tələblərində də qeydedilir ki, ərazi üzrə ən yuxarı son üç əqdin yuxarı həddigötürülməklə torpaq satışa çıxarılır. Bu, inzibati formada daqiymət artımına gətirib çıxarır".
R.Osmanlı torpaq satışında qiymət artımının hansı civardadəyişdiyini də açıqlayıb:
"Turizm tipli elə ərazilərimiz var ki, ötən il torpaq sahəsininqiyməti 2000-2500 manat idisə, indi 3500-4000 manatadək artıb. Sotu300-500 manata olan ərazilərdə belə nisbi artımlar müşahidə edilir.Həmin ərazilərdə belə 100-150 manat hər sot üzrə artım qeydəalınıb”.
Ekspert hesab edir ki, bələdiyyə mülkiyyətində olantorpaqlardakı qiymət artımı, xüsusi mülkiyyətdə olan ərazilərdə dəartıma səbəb olub.